Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səhiyyə qurumları qapalı məkanlarda tibbi maskalardan istifadə etməyi ciddi şəkildə tövsiyə edir

18.07.2022 [11:05]

Xəbərin mətni

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artıb.
ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.