Türkiyənin Bayburt şəhərində Beynəlxalq Dədə Qorqud Festivalının açılışı olub
19.07.2022 [18:23]
Xəbərin mətni
İyulun 18-də Türkiyənin Bayburt şəhərində Beynəlxalq 26-cı Dədə Qorqud Mədəniyyət və Sənət Festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Bayburtda Dədə Qorqud məzar-türbəsi ziyarət edilib, önünə əklil qoyublar.Sonra Masat yaylağında çıxışlardan və bədii hissədən ibarət proqram olub.