CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Birinci Qarabağ müharibəsi əlilindən 78 kiloqram narkotik maddə götürüb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə qanunsuz dövriyyədən 78 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.