CƏMİYYƏT


Şamaxıda göldə batan üç nəfərdən ikisi ölüb

Şamaxıda bədbəxt hadisə baş verib, göldə çimən üç nəfərdən ikisi ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saat 20:00 radələrində rayonun Qızmeydan kəndi ərazisindəki süni göldə baş verib. Belə ki, Əngəxaran kənd sakinləri 2006-cı il təvəllüdlü Ağaqardaş Rəhimov, həmyaşıdı Fərid Rəcəbov və 2008-ci il təvəllüdlü Rəvan Mirzəyev göldə çimərkən boğulublar.