Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində tornado insan tələfatına səbəb olub

21.07.2022 [19:14]

Xəbərin mətni

Çinin Ciansu vilayətində sürəti saniyədə 61,2 metrə çatan tornado bir nəfərin ölümünə, 25 nəfərin xəsarət almasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Lienyünqan şəhərinin Qüənyün rayonunda baş verən tornado infrastruktura, o cümlədən elektrik xətlərinə, fərdi tikililərə xeyli ziyan vurub.