DÜNYA


Türkiyənin İzmir vilayətində meşə yanğını baş verib

Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda meşəlik ərazidə yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsinə 6 xüsusi təyyarə və 10 helikopter, həmçinin çox sayda yanğınsöndürən avtomobil texnikası cəlb edilib. Alovların söndürülməsinə yerli sakinlər də dəstək verirlər.