Şuşada “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” mövzusunda müzakirələr aparılıb
23.07.2022 [12:08]
Xəbərin mətni
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumunun ikinci panel iclası “Media etikası: Rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” mövzusuna həsr olunub.