Azərbaycan Dövlət İnformasiya Agentliyi

“SpaceX” kompaniyası orbitə daha 46 internet peyki çıxarıb

23.07.2022 [12:57]

Xəbərin mətni

“SpaceX” kompaniyasının “Falcon 9” raket daşıyıcısı qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, yaxın yerətrafı orbitə daha 46 minipeyk çıxarılıb.