CƏMİYYƏT


Tovuzda baş verən yanğında iki nəfər ölüb

Tovuzun İbrahim Hacılı kəndində yanğın baş verib.AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində yardımçı tikilidə köməksiz vəziyyətdə qalan iki yaşlı qadın yanaraq ölüb. Kənd sakini 68 yaşlı Yaqut Quliyevaya məxsus ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.