CƏMİYYƏT


Həyətində çətənə bitkisi yetişdirən İmişli rayon sakini saxlanılıb

İmişli Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkilər yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə araşdırmalar zamanı onun rayon sakini Xanoğlan Quliyev olduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətindən kultivasiya yolu ilə yetişdirilən 45 ədəd çətənə kolu və təmiz çəkisi 3 kiloqram 615 qram marixuana aşkar olunaraq götürülüb.