Xaçmazda iki maşın toqquşub, ölən və xəsarət alan var
28.07.2022 [18:29]
Xəbərin mətni
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Armudpadar kəndi ərazisində qeydə alınıb.
“BMW” və “Toyota Prado” markalı minik avtomobilləri ilə “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov ölüb.