Azərbaycan Dövlət İnformasiya Agentliyi

Filippində baş verən güclü zəlzələdən 79 mindən çox insan zərər çəkib

29.07.2022 [11:21]

Xəbərin mətni

İyulun 27-də Filippinin Luson adasında baş verən 7,3 bal gücündə zəlzələdən 79 mindən çox insan zərər çəkib.AZƏRTAC xəbər verir ki, bu barədə Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Şurasının iyulun 29-da dərc edilən hesabatında qeyd edilir. Bildirilir ki, zəlzələ nəticəsində altı nəfər həlak olub, daha dörd nəfər itkin düşmüş hesab olunur.