SİYASƏT


Kursantların praktiki məşğələləri başa çatıb

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində keçirilən praktiki təlim məşğələləri başa çatıb.
Hərbi institutun tədris planı və proqramına uyğun olaraq keçirilən məşğələlərdə kursantlar ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə tapşırıqları, atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.