CƏMİYYƏT


İsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralanan var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində olub. Belə ki, hərəkətdə olan "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub. Hadisə zamanı sürücülərdən biri - Bakı sakini 1985-ci il təvəllüdlü Ruslan Vaqif oğlu Hacıyev aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.