CƏMİYYƏT


Sosial Xidmətlər Agentliyi şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsini davam etdirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsi davam edir. İki mərhələdən ibarət olan layihənin hər mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk qrupun qatıldığı düşərgənin 4-cü günündə şəhid övladları peşəkar təlimçilərin təşkil etdiyi “Ebru” və “Mini Survivor” təlimində iştirak ediblər.