CƏMİYYƏT


Qubada narkotik bitkilər becərən qardaşlar saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şabran rayon sakinləri Zaur və Vüqar Bəgiyev qardaşlarını saxlayıb.
Daxil İşlər Nazirliyini mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qardaşların meşə zolağında əkib yetişdirdiyi 156 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.