Alban-udi icması Xocavənd rayonunda yerləşən qədim Alban məbədini ziyarət edib
03.08.2022 [15:57]
Xəbərin mətni
Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi uzun illərdən sonra növbəti dəfə əsl sahibləri olan udilər tərəfindən ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri uzun illərdən sonra öz ata-babalarından miras qalan Ağxaç kilsəsində olublar. Onlar burada dini ayin icra edərək şamlar yandırıb, dualar oxuyublar.