DÜNYA


“Astoria Grande” gəmisi ilk səfərini Türkiyəyə edib

Rusiyalı turistləri daşıyan kruiz gəmisi ilk səfərini Türkiyəyə edib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Qara dəniz limanından istiqamət götürən 350 sərnişin və 300 personalı olan "Astoria Grande" kruiz gəmisi səfərlərini davam etdirir.
Uzunluğu 193 metr, eni 30 metr olan “Astoria Grande” gəmisi ilk turist səyahətini Rusiyanın Soçi şəhərindən Türkiyəyə edib.