MƏDƏNİYYƏT


Bu il son iki ayda Azərbaycana gələn turistlərin sayında ciddi artım var - Lənkərandan reportaj

Bu il iyul-avqust aylarında Azərbaycana gələn turistlərin sayında ciddi artım var. Pandemiyaya görə iki ildir ziyanla işləyən otel və mehmanxana sahibləri bu il vəziyyətin müsbətə doğru dəyişməsindən məmnundurlar.
AZƏRTAC xəbər verir ki, bu il Lənkəran yay turizm mövsümünə əvvəlcədən hazırlaşıb. Turizm mövsümü hələ başlamamış artıq Lənkəranda xeyli sayda turist görmək mümkün idi. Həm Bakıdan, həm də ölkəmizin ayrı-ayrı rayonlarından gələn turistlər zümrüd meşələri, sıralanmış dağları, dənizi, müalicəvi qumu, çayları, saf bulaqları ilə tanınan Lənkəranda dincəlməyə üstünlük verirlər. İstirahət mərkəzləri də yeni mövsümdə fəaliyyətlərini turistlərin istək və tələblərinə uyğun qurub. Həftə sonları Lənkərana gün ərzində 200-300 turist gəlir.