Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müharibə əlili: Qarabağ qazisi kimi hər zaman hörmət görmüşəm

05.08.2022 [16:09]

Xəbərin mətni

Zahid Qarayev həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. İllər yaşı üstünə yaş gətirsə də, Vətən həsrəti döyüş əzmini qıra, gücünü tükədə bilməyib. O, Birinci Qarabağ müharibəsində yarımçıq qalan işini tamamlaya bildiyi üçün özünü xoşbəxt hiss edir.