Mehdiabadda oğurluq, Digah qəsəbəsində isə evinin həyətində narkotik tərkibli çətənə kolları əkən şəxslər saxlanılıblar
05.08.2022 [17:05]
Xəbərin mətni
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs oradan dəyəri 10 min manat olan təmir-tikinti avadanlıqları oğurlayıb. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nail Hacıyev tutulub.