CƏMİYYƏT


Qazi Bayram Kərimov: Əsirlikdə gördüyüm zülmləri bu gün həyəcanla xatırlayıram

Vətən müharibəsi zamanı noyabrın 8-də Xankəndi uğrunda gedən döyüşlərdə əsir düşdüm. Huşumu itirdiyimə görə gözümü açanda elə bildim öz əsgərlərimizin yanındayam. Ancaq sonradan əsgərlərin formalarını və danışıqlarını eşidəndə məlum oldu ki, əsir düşmüşəm. Ağır yaralarım olmasına baxmayaraq erməni həkimlər mənə və döyüş yoldaşlarıma baxmırdı. Əsirlikdə gördüyüm zülmləri bu gün həyəcanla xatırlayıram.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Vətən müharibəsi qazisi Bayram Kərimov deyib.