CƏMİYYƏT


Səyyar “ASAN xidmət” Şərqi Zəngəzurda vətəndaşlara xidmət göstərib

Avqustun 9-da səyyar “ASAN xidmət” Şərqi Zəngəzurda Zəngilan rayonunun Ağalı kəndində vətəndaşlara xidmət göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu çərçivədə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi xidməti həyata keçirilib.