CƏMİYYƏT


Sabunçu rayonunda saxta pul hazırlayaraq dövriyyəyə buraxan, eləcə də 40 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi və 15-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polisə Zabrat qəsəbəsindəki marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əsginaslar verdiyi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin qadın Rəna Süleymanova müəyyənləşdirilərək tutulub.