Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilan rayonunun Ağalı kəndində səyyar ədliyyə xidmətləri təşkil edilib

12.08.2022 [10:50]

Xəbərin mətni

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 11-də ədliyyə işçiləri Ağalı kəndində olaraq innovativ texnoloji dəstək əsasında sakinlərə səyyar xidmətlər göstəriblər.
Bir çox dövlət orqanlarının informasiya resursları ilə inteqrasiya olunmuş Ədliyyə Nazirliyinin informasiya sistemləri vətəndaşlardan əlavə sənəd tələb etmədən xidmətlərin yerində dərhal göstərilməsini mümkün edir.