DÜNYA


Çin ordusu Tayvan adası ətrafında növbəti təlimlərə başlayıb

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) şərq komandanlığı tərəfindən Tayvan adası ətrafında suda və havada birgə döyüş təlimlərinə başlanıldığı elan olunub.
AZƏRTAC xəbər verir ki, təlimlər senator Ed Markey başda olmaqla ABŞ Konqresinin nümayəndə heyətinin Tayvan adasına səfəri ilə eyni vaxta təsadüf edir. Çin Müdafiə Nazirliyinin rəsmisi U Çien bildirib ki, ABŞ Konqresi nümayəndə heyətinin səfəri rəsmi Vaşinqtonun Tayvan boğazında sülhün pozucusu və sabotajçısı olduğunu göstərib.