DÜNYA


İtaliyanın ən böyük gölü qurumaq təhlükəsi ilə üzləşib

Son illərin ən böyük quraqlığının müşahidə olunduğu İtaliyada Qarda gölünün su səviyyəsi minimuma enib.
AZƏRTAC xəbər verir ki, turistlərin mühüm səyahət yerlərindən biri olan Qarda gölü hazırda quraqlıqla mübarizə aparır. Gölə gələn turistlər əvvəlki illərlə müqayisədə çox fərqli mənzərə ilə qarşılaşıblar. Göldəki Sirmione yarımadasını əhatə edən qayalar isə su çəkildikcə ortaya çıxıb.