Çətənə bitkisi becərən Xaçmaz sakinindən 5 kiloqramdan çox marixuana götürülüb
18.08.2022 [12:35]
Xəbərin mətni
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elmin Kərimovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin həyətində becərdiyi 189 ədəd (140 kiloqram) yaş vəziyyətdə çətənə (kannabis) bitkisi və 5,2 kiloqram marixuana aşkar olunaraq götürülüb.