DÜNYA


Dağıstanda yol qəzası nəticəsində 7 nəfər həlak olub

Avqustun 20-də gecə saatlarında Dağıstanın Noqay rayonunda mikroavtobus yük avtomobili ilə toqquşub.
AZƏRTAC xəbər verir ki, yol qəzası nəticəsində 7 nəfər, o cümlədən bir uşaq həlak olub, daha 5 nəfər xəsarət alıb. Yaralanan şəxslərin vəziyyəti ağırdır.