CƏMİYYƏT


Regionlarda keçirilən toxum sərgi-satış yarmarkaları keyfiyyətli toxum əldə etmək baxımından böyük fürsətdir

Azərbaycanın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkasının növbəti ünvanı Quba rayonu olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.