Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib

29.08.2022 [19:22]

Xəbərin mətni

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
DTX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına baxıblar.