CƏMİYYƏT


Draqana Koiç: BQXK itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycanla yaxından əməkdaşlıq edir

Gəlin bu gün və hər gün Azərbaycanda, eləcə də dünyanın digər yerlərində əzizlərinin taleyi barədə xəbərsiz olan minlərlə insanın iztirablarını xatırlayaq. Həmçinin unutmayaq ki, onların taleyinin aydınlaşdırılması hakimiyyət orqanlarının məsuliyyət dairəsinə aid olmaqla, ilk növbədə və ən vacibi humanitar fəaliyyətdir, həmişə belə olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikriləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç söyləyib.