CƏMİYYƏT


Xarici KİV nümayəndələri Şuşa şəhəri ilə tanış olublar

BMT-də akkreditə olunan xarici KİV nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarından sonra Şuşa şəhərində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib.