Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib

04.09.2022 [13:09]

Xəbərin mətni

Sentyabrın 3-ü günorta saatlarında Zaqatala rayonunun Axaxdərə kəndi yaxınlığındakı dağlıq ərazidə yanğın baş verib. Əraziyə cəlb edilən FHN, ETSN, Rayon Polis Şöbəsinin əməkdaşları, eləcə də yerli sakinlər tərəfindən yanğın söndürülüb, daha geniş əraziyə yayılmasının qarşısı alınıb.