RƏSMİ


Prezident İlham Əliyev IV “ADEX” və XIII “Securex Caspian” sərgiləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı Bakı Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış oldu.