CƏMİYYƏT


Bakıda azadlığa çıxan şəxslər yenidən oğurluq ediblər

Cəzaçəkmə müəssisəsində tanış olan keçmiş məhkumlar azadlığa çıxandan sonra yenidən oğurluq etdikləri üçün saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Naməlum şəxslər orada işləyən satıcının çantasından 950 manat oğurlayıblar.