CƏMİYYƏT
Xəzər rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar
08.09.2022 [13:55]
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rəhman Hacıyev, Elnur Tahirov və Mirasəf Kərimli tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını Nizami rayonunda yerləşən ticarət mərkəzlərindən birində satıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.01.2023 [21:22]
30.01.2023 [21:16]
30.01.2023 [21:12]
30.01.2023 [20:51]
25.01.2023 [19:35]
19.01.2023 [11:33]
30.01.2023 [15:12]
26.01.2023 [21:07]
31.01.2023 [11:04]
30.01.2023 [15:07]
30.01.2023 [13:10]
01.02.2023 [06:17]