SİYASƏT


“Əl Cəzirə” telekanalında Ermənistanın təxribatları barədə reportaj yayımlanıb

Nüfuzlu “Əl Cəzirə” telekanalında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd rayonlarında törətdiyi təxribatlar və döyüşlər barədə reportaj yayımlanıb.AZƏRTAC xəbər verir ki, reportajda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev telekanalın tamaşaçılarına Ermənistanın təxribatlarının səbəbləri, rəsmi Bakının sülh təşəbbüslərinə, regionun əməkdaşlıq və təhlükəsizlik məkanına çevrilməsi çağırışlarına rəğmən qarşı tərəfin yeni fitnələrə əl atması haqqında məlumat verib.