CƏMİYYƏT


Erməni təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Ülvi Nəsirov Saatlıda dəfn edilib

Dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan kiçik gizir Nəsirov Ülvi Əsədulla oğlu Saatlıda izdihamla dəfn edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu Saatlı rayonunun Qaranuru kəndinə gətirilib. Ülvi Nəsirovla doğulduğu ocaqda vida mərasimi keçirilib.