CƏMİYYƏT


Zərdabda şəhid Fərid Rüstəmovla vida mərasimi keçirilib

Ermənistan ordusunun növbəti təxribatının qarşısını alarkən şəhid olan Dövlət Sərhəd Xidmətinin kiçik giziri şəhid Fərid Nofəl oğlu Rüstəmovla Zərdabda vida mərasimi keçirilib. Vida mərasimində rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, xidmət etdiyi Sərhəd Xidmətinin vəzifəli şəxsləri, eləcə də şəhidin hərbçi yoldaşları, yaxınları iştirak ediblər.