İsveçdə Ermənistanın Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket keçirilib
24.09.2022 [10:06]
Xəbərin mətni
İsveçin paytaxtı Stokholm şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İsveçdə yaşayan bir qrup Azərbaycan diaspor fəalı Krallıq parlamentinin qarşısına toplaşaraq, insan tələfatına səbəb olan erməni təxribatlarına son qoyulmasını tələb ediblər.