DÜNYA


Çoxfunksiyalı qeyri-adi mini ev

“Casa Ojala” adlanan unikal kiçik ev 27 kvadratmetr sahəyə və sadə struktura malik olmaqla beton təməl üzərində qurulub.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ev üçün xüsusi hazırlanmış kompakt mebel, hamam otağına qədər istənilən ərazini açmağa imkan verən sürüşmə divarları - bütün bunlar xarici dünya ilə gözəl təmas yaradır.