SİYASƏT


Finlandiyanın Helsinki şəhərində Azərbaycan evinin açılışı olub

Finlandiyanın Helsinki şəhərində Azərbaycan evinin açılış mərasimi keçirilib.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Finlandiya paytaxtının mərkəzində yerləşən Azərbaycan evinin açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, ölkəmizin İsveç və eyni zamanda, Finlandiyadakı səfirliyinin müşaviri Cavanşir Məmmədov, Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar, Finlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen habelə, bu ölkədə yaşayan Azərbaycan və türk diasporunun fəalları iştirak ediblər.