Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlərimizin xatirəsi Berlində yad edilib

27.09.2022 [15:17]

Xəbərin mətni

27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlin şəhərində, əsası 1866-cı ildə qoyulmuş Şəhidlər Məscidində tədbir keçirilib. Şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib. Anım tədbirində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş xatirə posteri yerləşdirilib.