SİYASƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi Çində anılıb

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin əməkdaşlarının, bu ölkədə yaşayan və işləyən soydaşlarımızın, Azərbaycanın müxtəlif qurumlarının Çindəki nümayəndələrinin iştirak etdikləri tədbirdə Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçmiş əsgər və zabitlərimizin, Ermənistan silahlı qüvvələrinin şəhərlərimizi və kəndlərimizi atəşə tutması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 44 günlük Vətən müharibəsində Qələbənin rəmzinə çevrilmiş “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səslənib.