Moskvada 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir təşkil olunub
28.09.2022 [14:21]
Xəbərin mətni
Anım mərasimində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, Rusiya ictimaiyyətinin nümayəndələri, o cümlədən Həştərxan vilayəti Dumasının deputatı Oleq Şein iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, sentyabrın 27-sinin Anım Günü kimi qeyd edildiyini, bu gün İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin yad edildiyini diqqətə çatdırıb.