Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bosniya və Herseqovinadakı seçkilərə dair nəticələr açıqlanıb

03.10.2022 [10:19]

Xəbərin mətni

Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvləri, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu seçkilərə dair nəticələr açıqlanıb.AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə seçici fəallığı 50 faiz olub. Altmış min müşahidəçinin izlədiyi seçkilərdə 90-ı siyasi partiyadan, 17-si müstəqil namizəd və 38-i koalisiya üzvləri olmaqla 145 nəfər namizəd kimi iştirak edib.