SİYASƏT


Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Oktyabrın 4-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.