CƏMİYYƏT


Elnur Məmmədov: Ermənistan 30 il ərzində törətdiyi bütün cinayətləri inkar edib

Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edən zaman Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ortada olan videolar, bəzi digər faktlarla bağlı aparılan araşdırmalara dair yüzlərlə səhifədən ibarət sənədlər qovluğu təqdim edilib. Ermənistan tərəfi isə hər dəfə məsələ ilə məşğul olduğunu bildirib, bir neçə cümlədən ibarət arayış təqdim edib. Ermənistan bu günədək hərbi cinayətlər törətmiş heç bir şəxsi məsuliyyətə cəlb etməyib.AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində deyib.