Azərbaycan Dövlət İnformasiya Agentliyi

YADDAŞ: 2020-ci il 8 oktyabr. Goranboyda yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binası artilleriyadan atəşə tutuldu

08.10.2022 [18:10]

Xəbərin mətni

Ermənistan silahlı qüvvələri iki il öncə bu gün - oktyabrın 8-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini top atəşinə tutub. Nəticədə qəsəbədə mülki infrastruktura, eləcə də Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına külli miqdarda ziyan dəyib.AZƏRTAC raket atəşindən sonra hadisə yerindən hazırlanan videoreportajı təqdim edir.